Onlayn ictimai-siyasi qəzet
Xaçmaz rayonunun Yergüc kəndində meyit tapılıb.
“Report” xəbər verir ki, üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəlludlu Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun baş nahiyəsindən vurularaq qətlə yetirildiyi ehtimal edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ