Onlayn ictimai-siyasi qəzet
Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb.
Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər.
Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.
Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. (Report)
@@TVmusavat/85997@@
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ