Onlayn ictimai-siyasi qəzet
"WhatsApp" istifadəçiləri PİN kodu vasitəsilə yeni mesajlardan "qorunma" imkanı əldə edəcəklər.
Bu yeni funksiya iOS cihazlarında "TestFlight" proqramı vasitəsilə aşkar edilib. Bu yeniliklə istifadəçilər arzuolunmaz mesajlardan qorunmaq üçün PİN kodu təyin edə biləcəklər. Belə ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün həmin PİN kodunu daxil etməli olacaqlar. Bu məhdudiyyət yalnız istifadəçilərin "əlaqə kitabı"nda olmayan şəxslərə şamil ediləcək.
Hələlik, bu funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilməyib./metbuat.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ