İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"dan istifadəçilərini SEVİNDİRƏCƏK YENİLİK

"WhatsApp" tərtibatçıları konfrans zənglərinin təşkili üçün rahat funksiya əlavə etməyi planlaşdırırlar.

Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.19.14 nömrəli beta versiyasında görünüb.

Bu versiyanı test edənlər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulmaq üçün keçidlər yaratmaq imkanı əldə ediblər. Bu, istifadəçilərə sadəcə keçidə klikləməklə onlar üçün uyğun vaxtda zənglərə qoşulmağa imkan verir.

Hazırda funksiya yalnız "Android" cihazlarında və yalnız mesajlaşma proqramının beta versiyasında mövcuddur./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR