İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

Musavat.com xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.

Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR