Onlayn ictimai-siyasi qəzet
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir:
"Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.
Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.
Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
***
10.49
Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.
Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ