İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR

İlk yayımlanma saatı 27.07.2024 (19:56)

Yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq canına qəsd edən Vüsalə Dadaşova ilə bağlı yeni detallar məlum olub.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, xəyanətdə adı hallanan qadın iş adamıdır. O, ailəlidir.

Bundan əlavə olaraq mərhumun övladlarından biri bu ilin məzunudur. Oğlu isə 7-ci sinif şagirdidir. Bildirilir ki, hazırda onlar ana tərəfləri ilə dialoqa girə bilmirlər.

Digər bir məlumata görə V. Dadaşova əri ilə 7 ilə yaxın sevgi münasibəti yaşasa da, ailəsi evlənmələrinə razı olmayıb. Daha sonra qızın ailəsini razı salaraq evləniblər.

Mərhum ətrafda pozitiv, gülərüz biri kimi tanınıb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR