Onlayn ictimai-siyasi qəzet
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.
O, "İncə səhər" verilişində sənət adamları ilə bağlı süjetləri tənqid edənlərə səslənib.
Vüsalə bildirib ki, yayımlanan bütün özəl məlumatlardan qonaqların xəbəri olur:
"Verilişi açandan məqsədimiz bu idi ki, maraqlı məqamlar təqdim edək. Bura gələn qonaqların həyatını bizim komanda həmişə araşdırır. Çalışırıq ki, kimsədən eşitmədiyinizi çatdıraq. Niyə bu insanları çağırıb narahat edən problemli tərəfləri verək? Biz qonağın həmin məqamlarına özü istəsə toxunuruq. Heç kimin qüruruna, şərəfinə dəyib incitmək məqsədimiz yoxdur. Gördüyünüz hər şeydən müğənnilərin xəbəri olur. Onların istədiyi qədər həyatlarına toxunuruq. Bəzi tamaşaçılar bildi, bilmədi irad tutur. Bir proqramın hazırlanması insanın enerjisini alır". (Axşam.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ