Onlayn ictimai-siyasi qəzet
Ötən gün müğənnilər Sevil və Sevinc Səfərova ilə aparıcı Vüsalə Əlizadə arasında efirdə gərgin anlar yaşanıb.
Musavat.com axşam.az-a istinadən bildirir ki, mübahisədən sonra bacılar proqramda mahnı oxumaqdan imtina ediblər. Belə ki, Vüsalə onlardan canlı oxumalarını istəyib.
Aparıcı mikrofonu ifaçılara verib. Əkizlər isə mikrofonu kənara ataraq, oxumayacaqlarını bildiriblər.
Qeyd edək ki, V.Əlizadə "İncə səhər" proqramına gələn bacılardan yemək bişirmələrini istəyib. Onlar isə "Biz bura yemək hazırlamağa yox, mahnı oxumağa gəlmişik" cavabını veriblər.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ