İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramovun Füzulidə seçiciləri ilə növbəti görüşü - FOTO

Növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.

Musavat.com xəbər verir ki, V.Bayramovun növbəti görüşü Füzuli rayonu Arayatılı kənd sakinləri ilə olub.

"Seçkiqabağı təbliğat-təşviqat kampaniyamız bu gün Füzuli rayonu Arayatılı kəndinin sakinləri ilə davam etdi. Əvvəlki görüşlərimizdə olduğu kimi, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Vətən Müharibəsi Atası Fəqan Zalovun atası Amil Zalov çıxış edərək namizədin fəaliyyətini yüksək qiymətləndirərərk sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.

Görüşdə qeyd etdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Füzuli rayonunun inkişafı üçün də yeni imkanlar yaradır. Seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi Horadiz şəhərində hər ay təşkil edilən qəbulların və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini bildirdim. VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə keçirdiyim 131 görüşdə sakinlərimiz tərəfindən qeyd olunan qayğıların həllinə dəstək olmağa çalışdım və seçicilərimizi maraqlandıran məsələlər növbəti dövrdə də mənim üçün prioritet olacaq.

Çıxış edənlər əvvəlki illərdə seçicilər ilə mütəmadi görüşlərin təşkil edilməsini yüksək qiymətləndirərək növbəti dövrdəki fəaliyyət üçün öz fikirlərini və təkliflərini səsləndirdilər. Görüşdə qaldırılan bütün suallar cavablandırıldı və izahatlar verildi.

Elmimlə Daim Elimin Yanındayam!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR