İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç Putinə Serbiyadan Ukraynaya silah göndərilməsi iddialarını müzakirə etdiyini bildirib

Musavat.com xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşdə Serbiyanın guya Ukraynaya silah və sursat göndərməsi ilə bağlı iddiaların da gündəmdə olduğunu deyib.

"Bu məsələ həm iki nümayəndə heyətinin iştirakı ilə, həm də fərdi qaydada müzakirə olundu. Biz rusiyalı tərəfdaşlarımızla birlikdə faktların müəyyənləşdirilməsi üçün işçi qrupu yaratdıq. Ortaya atılan bəzi məlumatlar həqiqətə uyğun deyil. Məsələn, Çexiya ilə guya razılaşma olduğu deyilir, amma belə bir razılıq verilməyib və heç bir raket göndərilməyib", – deyə Vuçiç Serbiya Dövlət Televiziyasına (RTS) müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Serbiyada müdafiə sənayesində 24 minə yaxın insan çalışır: "Zavodlarımız yaşamalı və işləməlidir. Təxminən 24 min nəfər birbaşa müdafiə sənayesində çalışır və onların həyatı bu sahədən asılıdır. Hazırda silah istehsalını yalnız öz ordumuzun təminatı üçün yönləndirmişik. Xeyr, cənablar, biz yalnız Serbiya üçün çalışırıq", – Vuçiç əlavə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR