Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandr Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu barədə TV Pink məlumat yayıb.
Qeyd edək ki, polis əməkdaşları kütləvi şəkildə Belqrad administrasiyasının meydanına gələrək etirazçıları qovublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanın perimetri boyu mövqe tutaraq binaya baxış keçirib və ətrafına canlı qalxan düzüblər. Hadisə yerinə həmçinin Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri Bratislav Qasiç də gəlib.//Oxu.az
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ