İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya və Çinin hərəkətləri bloklanmalıdır” – Amerikalı diplomat

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Rusiya və Çinin dünya standartlarını müəyyən etməsinə imkan verməməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, “Breitbart”a verdiyi müsahibədə bildirib.

Uolts qeyd edib ki, Vaşinqtonun BMT və əlaqəli təşkilatlarla qarşılıqlı əlaqəsi vacibdir, çünki ABŞ geri çəkilib müdaxilə etməsəydi, dünyanın qalan hissəsi iqtisadiyyat və siyasətdə qlobal standartlar müəyyən edəcəkdi.

"Buna görə də biz bir seçim etməliyik: sadəcə kənara çəkilib Çinə, Rusiyaya və bütün digər ölkələrə bu dünya standartlarını müəyyən etməyə icazə verməliyik, ya da biz müdaxilə edib şirkətlərimizin maraqlarını və "Ən böyük Amerika!" siyasətini dəstəkləyərək hərəkətləri bloklayamalıyıq", - diplomaat vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR