İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodimir Zelenski G7 sammitinə Fransanın hökumət təyyarəsində gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Yeddilər qrupunun (G7) Xirosima şəhərində keçirilən sammitində iştirak etmək üçün Yaponiyaya Fransanın hökumət təyyarəsində gedəcək.

AZƏRTAC xəbər verir ki, Reuters informasiya agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 20-də axşam saatlarında Səudiyyə Ərəbistanına gedərək Ərəb Dövlətləri Liqasının Ciddə şəhərindəki sammitində də iştirak edəcək.

G7 sammitinin təşkilatçıları Volodimir Zelenskinin mayın 21-də onlayn formatda çıxışı gözlənilən tədbirin proqramına heç bir dəyişiklik etməyib və Ukrayna Prezidentinin sammitdə iştirakını təsdiqləməyib. Səfər barədə rəsmi məlumat yalnız Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Oleksi Danilov tərəfindən verilib.

Bu il Yeddilər qrupuna Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək davam edəcək G7 sammitinin keçiriləcəyi Xirosima şəhəri 1945-ci il avqustun 6-da ABŞ tərəfindən atom bombardmanına məruz qalıb. Cozef Bayden dövlət başçısı postunda Xirosimaya gedən ikinci ABŞ prezidenti olacaq. Lakin o da 2016-cı ildə həmin şəhərə səfər edən Barak Obama kimi Birləşmiş Ştatların II Dünya müharibəsi zamanı törətdiyi qətliama görə üzrxahlıq etməyi planlaşdırmır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR