Onlayn ictimai-siyasi qəzet
Almaniyanın “Volkswagen” Qrupu oktyabrda iki elektromobil modelinin istehsalını dayandıracaq və gözləntilərdən aşağı tələbat səbəbindən digərlərinin istehsalını azaldacaq.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 2-dən oktyabrın 13-dək Almaniyanın Zwickau şəhərindəki zavodda “Volkswagen ID 3.” və “Cupra Born” avtomobillərinin istehsalı dayandırılacaq.
Bununla əlaqədar olaraq, Drezdendəki "Volkswagen" zavodu oktyabrın 16-dək işləməyəcək.
Zwickau zavodunda isə "Audi" və "Volkswagen" markaları altında avtomobillərin istehsalı iki həftə ləngiyəcək.
"Biz bazarın vəziyyətini nəzərə alaraq istehsal planlarını dəyişmək məcburiyyətindəyik, indi bazarda qeyri-müəyyənlik hökm sürür" - deyə konsernin nümayəndəsi bildirib.
Qeyd edək ki, sentyabrın ortalarında "Volkswagen" aşağı tələb səbəbindən Zwickau zavodunda 269 işçini işdən çıxaracağını açıqlayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ