İnsanlara hürriyət, millətlərə istiqlal!

Volkan Dəmirəl ailəsi ilə bağlı danışdı - FOTOLAR

"Hatayspor"un baş məqşçi vəzifəsində çalışmış Volkan Dəmirəl bir müddətdir şəxsi həyatı ilə gündəmdədir. Belə ki, onun 13 illik həyat yoldaşı Zeynəb Dəmirəldən boşandığı iddia olunur.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyənin "Hadi anlat" verilişində qonaq olan Volkan Dəmirəl evliliyi ilə bağlı dediyi sözlərlə də diqqət çəkib.

"14 ildir evliyik. Evlilik uzun liqa marafonuna bənzəyir. Biz hər şeyə birlikdə qərar verə bilən bir ailəyik. Bəzən təbii ki, qarşıdurmalar olur. Bir evlilik güllük-gülüstan içində keçirsə, o evlilikdə problem vardır. Biz bunun içindəyik. 14-cü ilimizdəyik. 14-15 il belə davam edəcək. Mən bir az impulsiv tip idim, Zeynəb məni olğunlaşdırdı. Ən böyük tənqidçim elə Zeynəbdir", - deyə o açıqlamasında bildirib.

Qolundakı döymənin sirrini də açıqlayan Volkan Dəmirəl "Orada bir nəfər üçün boş yer var. Bəlkə bir oğlan övladımız olacağını düşündüyümüz üçün ayırdıq. Görək, qismət. Tatu etdirməyi xoşlayıram. Əlimdə qızlarımın adları yazılıb. Bütün bunları böyük sevgi və istəklə etmişəm", - əlavə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR