İnsanlara hürriyət, millətlərə istiqlal!

Vnukovo hava limanı hava məkanını bağlayıb

Avqustun 11-də Vnukovo hava limanı üzərində pilotsuz təyyarələrin zərbəsi təhlükəsi səbəbindən bağlanıb, reyslərin uçuş və enişləri təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti fövqəladə hallar xidmətinə istinadən xəbər yayıbr.

"Vnukovo hava limanı müvəqqəti bağlanıb, ilkin səbəb PUA ilə bağlıdır", - mənbə bildirib.

Hava limanının nümayəndələri avqustun 11-i saat 09:40-dan etibarən təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyiblər. Onlar həmçinin qeyd ediblər ki, reyslərin bir hissəsi başqa hava limanlarına yönləndirilib.

Cümə axşamı, avqustun 10-na keçən gecə Vnukovo hava limanında "xalça planı" təqdim edilib. Bu, hava limanı üzərində səmanın bağlanmasını və havadakı bütün təyyarələrin dərhal enməsini və ya geri dönməsini nəzərdə tutur.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR