Onlayn ictimai-siyasi qəzet
İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyana məxsus şirkətin mərkəzi ofisində aparılan axtarışlardan sonra “Taşir” şirkətinin iki əməkdaşı saxlanılaraq nəzarətə götürülüb.
Musavat.com-un məlumatına əsasən bunu TASS-a biznesmenin vəkili Ruben Akopyan deyib.
“Taşir” əməkdaşlarının həbs müddəti ilə bağlı sualı cavablandıran Akopyan qeyd edib ki, bir qayda olaraq, müstəntiq belə hallarda iki aylıq həbs tələb edir: "Bir qayda olaraq, müstəntiq iki ay vaxt tələb edir. Əminəm ki, iki ay olacaq. İnanıram ki, yeni həbslər olacaq".
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi “Taşir” şirkətinin mərkəzi ofisində aparılan axtarışlardan sonra iki nəfərin həbs olunduğunu elan edib.
İstintaq Komitəsinin məlumatına görə, iyunun 1-də Karapetyanın şirkətində aparılan axtarışlar “vergidən yayınma və çirkli pulların yuyulması” cinayət işi çərçivəsində başlanıb.
İyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Karapetyan təqsirini boynuna almır. İrəvan məhkəməsi onu iki ay müddətinə həbs edib. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında “Pizza Taşir” MMC-nin bir sıra pizzaxanaları bağlanıb.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ