İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı – TƏFƏRRÜAT

Şəmkirdə evlənmək niyyəti ilə müəlliməni qaçıran şəxs dostları ilə birlikdə həbs edilib. Onlar müəlliməni məktəbdən çıxan zaman zorla maşına mindirib, başına torba keçiriblər. Lakin müəllimə evlənmək niyyətinin olmadığını dedikdən, aparıldığı evdə olan şəxslərin də narazılığından sonra evə buraxılıb.

Musavat.com xəbər verir ki, 35 yaşlı Bəhruz uzun illərdir sevdiyi müəllimə ilə ailə həyatı qurmaq istəsə də, müsbət cavab ala bilmirmiş. Rayondakı orta məktəblərdən birində coğrafiya müəlliməsi işləyən xanım atasının səhhəti ilə bağlı ailə həyatı qurmaq istəmədiyini deyib.

Bəhruz sevdiyi xanımın evinə elçi göndərməyib və sonda onu qaçırmaq qərarı alıb. Bəhruz iki dostu ilə birlikdə müəllimənin məktəbdən çıxmasını gözləyib. Onu zorla maşına mindirərək başına da torba keçirib. Onu öz qohumlarının evinə aparıb. Müəllimə həm yolda, həm də evdə pəncərədən qaçmağa çalışıb. Lakin Bəhruz ona mane olub.

Təqsirləndirilən Bəhruz ifadəsində deyib ki, Sevilin (ad şərtidir) əvvəl razı olmadığını, lakin evdə olan qadınlarla danışdıqdan sonra fikrini dəyişəcəyini düşünüb. Lakin Sevil qəti şəkildə evliliyi rədd etdiyi üçün çıxılmaz vəziyyətdə qalıb. Bəhruzun qadın qohumları da bu işin məcburiyyətlə olmayacağını və Sevil müəllimənin evə aparılmasını istəyiblər. Bundan sonra Sevil müəllimə evinə qayıdıb.

Zərərçəkmiş kimi ifadə verən müəllimə deyib ki, yolda olan zaman ona fiziki təsir göstərilməyib. Əlavə edib ki, maşında olan zaman sürücünü təpiklə vurub, evin pəncərəsindən də qaçmağa çalışıb. Lakin buna nail ola bilməyib. Onun sözlərinə görə, Bəhruz onunla evlənmək istəmədiyinə əmin olduqdan sonra onu evinə buraxıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş müəllimə Bəhruzdan və digər şəxslərdən şikayətçi olmadığını deyib.

Təqsirləndirilən Bəhruz ifadəsində onu da əlavə edib ki, dostları qızın zorla qaçırılacağını bilməyiblər. Onlara qızı könüllü olaraq qaçıracağını deyib. Bəhruz və dostları baş verənlərə görə peşman olduqlarını deyiblər.

Məhkəmə təqsirləndirilən şəxslərin peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq həbs edilən şəxslər barəsində yüngül cəza təyin edib. Onların hər biri barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Hər biri məhkəmə zalından azadlığa buraxılıb.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR