İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Zelenski yol qəzasına düşüb - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenskinin maşın karvanı yol qəzasına düşüb.

APA UNİAN-a istinadən xəbər verir ki, qəza gecə saatlarında baş verib.

Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, dövlət başçısının kortejindəki maşınlardan biri Kiyevdə minik avtomobili ilə toqquşub.

Zelenskini müşayiət edən tibbi personal minik avtomobilinin sürücüsünə ilkin yardım göstərib.

Ukrayna lideri də müayinə olunub, onun ciddi xəsarət almadığı məlum olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR