İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putin ŞƏT-in sammitində iştirak etmək üçün Səmərqəndə gəlib

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da keçiriləcək sammitində iştirak etmək üçün Səmərqəndə gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vladimir Putinin sammit çərçivəsində bir sıra xarici ölkə liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Agentlik xatırladır ki, RF prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları şurasının iclasında son üç ildə ilk dəfə şəxsən iştirak edəcək.

2001-ci ildə təsis olunan ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus, İran və Monqolustan təşkilatın müşahidəçi ölkələri, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka isə tərəfdaş ölkələri sırasındadır. Budəfəki sammitdə İranın təşkilata tamhüquqlu üzv kimi qəbulu prosedurunun başa çatacağı və Belarusun tamhüquqlu üzvük üçün müraciətinə baxılacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR