Onlayn ictimai-siyasi qəzet
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli yanvarın 9-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, səfərdə vitse-spiker Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının komitələrinin iclaslarında iştirak edəcək.
Səfər yanvarın 11-də başa çatacaq.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ