Onlayn ictimai-siyasi qəzet
Rusiya televiziya aparıcısı və propaqandist Margarita Simonyanda xərçəng aşkarlanıb.
Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
Simonyan süd vəzi xərçəngi səbəbindən əməliyyat keçirdiyini və hazırda kimyaterapiya aldığını açıqlayıb:
“Yaxşı olduğumu demək istərdim, amma heç vaxt yalan danışmamağa çalışıram. Tiqran hələ də komadadır, mən isə xərçəng xəstəliyindən müalicə alıram. Bunun nəyi yaxşıdır? Tezliklə məni parikdə görəcəksiniz. Hansının mənə daha uyğun olduğunu birlikdə seçəcəyik”.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ