İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazovdan rəis TƏYİNATI

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Musavat.com xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl elə Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR