İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Orban: "Azərbaycandan enerjini Avropaya çatdıracaq layihə Aİ üçün həyati əhəmiyyətlidir"

Macarıstanın baş naziri Viktor Orban Qara dənizin dibi ilə Azərbaycandan elektrik enerjisini Avropaya çatdıracaq kabelin çəkilişini Avropa üçün “həyati əhəmiyyətli” layihə adlandırıb.

Musavat.com xəbər verir ki, bu fikri Orban bu gün səfərdə olduğu Gürcüstanın Telavi şəhərində baş nazir İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirilən brifinqdə səsləndirib:

“Avropa İttifaqı başa düşməlidir ki, biz sizin ölkənizlə sıx əməkdaşlıq etmədən Avropanın enerji sistemini, Avropa iqtisadiyyatını modernləşdirməyəcəyik (Gürcüstan - red qeydi). Buna görə də Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında infrastruktur əməkdaşlığının “Yaşıl Dəhliz” proqramı həyati əhəmiyyət kəsb edir. Bu Avropa İttifaqı və bütün iştirakçı ölkələr üçün uzun illər iqtisadi artım mənbəyi olacaq nəhəng layihədir”.

Qeyd edək ki, ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Saziş Qara dəniz dibi ilə 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR