İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vidalaşmaq daha doğru qərar idi" - Vüqar Nadirov

Vüqar Nadirov İkinci Liqa təmsilçisi "Hypers Quba"nın baş məşqçi postunu tərk etdiyini təsdiqləyib.

Azərbaycan millisinin sabiq hücumçusunun Fanat.Az-a açıqlaması belə olub:

"Klubdan öz istəyimlə ayrılmışam. Futbolçularla, rəhbərliklə vidalaşdıq. Aramızda hər hansı problem yoxdur. Mehribanlıqla vidalaşdıq.

Başqa təklif? "Hypers"dən bașqa təklif aldığım üçün ayrılmamışam. Hər başlanğıcın bir sonu var. Vidalaşmaq daha doğru qərar idi".

Qeyd edək ki, Nadirov "Hypers"i Region Liqasından İkinci Liqaya yüksəldib. Cari mövsümə İkinci Liqada başlayan komanda hazırda Qubanı təmsil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR