İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu

Vəziyyəti pisləşən tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Metbuat.az"a müğənni özü məlumat verib.

O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanada müalicə olunur:

"Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə "Yeni Klinikaya" yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi. Dünən gecə saatlarında həmin tıxanma qəfil aradan qalxdı. Bu gün səhər saatlarında həkim yoxlanışından keçdim. Həkim dedi ki, artıq əməliyyata ehtiyac yoxdur. Xəstəxanadayam, amma özümü yaxşı hiss edirəm".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR