İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifəsini qoyub qaçan Rostov qubernatoru yerli sakinlərin vaqnerçilərə dəstək verməsindən DANIŞDI

Rostov vilayətinin qubernatoru Vasili Qolubev qiyam zamanı şəhəri işğal edən “Vaqner ÖHŞ”nin muzdlularına yerli sakinlərin dəstək göstərməsinə inanmadığını sözləyiib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikova danışıb.

“Düşünürəm ki, bunlar saxta göstəriş olub. Onu vaqnerçilər də təşkil edə bilərdilər. Çünki şəhərdə idilər, və bildiyimə görə, hamısı hərbi geyimdə olmayıb. Ona görə də qaldırılan bayraqlar, qucaqlaşmalar, hamısı özlərinin quramasıdır”, - deyə vilayət rəhbəri bildirib.

Doğrudur, Qolubev muzdluların hansı səbəbdən şəhərə “belə asanlıqla” daxil olub Cənub Hərbi Dairəsinin qərargahını zəbt etməsi sualına cavab verməkdən boyun qaçırıb və bunu Rusiya Müdafiə Nazirliyindən soruşmağın daha düzgün olduğunu söyləyib.

Xatırladaq ki, qiyam zamanı Rostov sakinləri vaqnerçilərlə, habelə onlaırn texnikası önündə şəkil çəkdirib. Qiyamçı qoşunlar çıxdıqdan sonra isə insanlar onları qəhrəman kimi yola salıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR