İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən uğrunda şəhidlik Bəxtiyarlıqdır

Masallı rayonunun Mollaoba kəndində şəhid Bəxtiyar Qurbanəli oğlunun 50 illik yubileyi münasibətilə abidə-bulaq kompleksinin açılışı olub.

Misavat.com xəbər verir ki, tədbirdə şəhidin döyüş yoldaşları, adını daşıdığı məktəbin müəllim və şagirdləri, həmçinin qonşu kəndlərin sakinləri, ziyalılar iştirak ediblər.

Kompleks ailənin vəsaiti hesabına inşa olunub.

Bəxtiyar Qurbanəli oğlu Şiriyev 22 aprel 1973-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub.1991-ci ilin mayında sovet ordusuna çağırılıb. Qısa müddət sonra xidmətini Azərbaycan Milli Ordusunda davam etdirib. 1992-ci il avqustun 6-da Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Bu döyüşlər nəticəsində Suqovuşan, Lüləsaz, Çardaqlı kəndləri və ətraf yüksəkliklər ordumuzun nəzarətinə keçib.

Yaşasaydı, bu gün 50 yaşı tamam olacaqdı. Ruhu şad olsun.

P.S. Şəhidin ailəsi abidənin layihəsini təmənnasız hazırlayan memar Rəşad İbrahimova təşəkkürünü bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR