İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vasitəçilərsiz görüşlərin keçirilməsi ideyası cənab İlham Əliyevə məxsusdur”

“Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirdikləri görüşün əhəmiyyəti böyükdür. Bu görüşdə konkret sənəd imzalanmasa da, hər iki ölkə rəhbərlərinin belə geniş tərkibdə ilk görüşü idi. Nümayəndə heyətinin tərkibi görüşdə müzakirə edilməsi ehtimal olunan məsələlərin dairəsinin kifayət qədər geniş olduğunu deməyə əsas verir”.

Musavat.com xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, bu görüşün vasitəçilərsiz keçirilməsi o deməkdir ki, Azərbaycan və Ermənistan kənar iştirakçılar olmadan üzbəüz oturub öz məsələlərini, hər 2 ölkə arasındakı münasibətlərdəki problemləri sərbəst müzakirə edə bilərlər: “Tərəflər arasında psixoloji və digər problemlər yoxdur. Ümumiyyətlə, vasitəçili görüşlərin və müzakirələrin öz risqləri var.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Vasitəçi həmişə çalışır ki, öz maraqlarını təmin etsin və buna görə də əksər hallarda vasitəçilikdən daha çox pozuculuqla məşğul olur. Biz bunun uzun müddət şahidi olmuşuq. Bədnam Minsk qrupunu xatırlamaq kifayətdir.

Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz birbaşa ikitərəfli görüşlərin və müzakirələrin keçirilməsi ideyası Azərbaycan prezidenti, cənab ilham Əliyevə məxsusdur və indiyə qədər bir neçə belə görüş keçirilib. Ona görə də hər iki ölkə arasında vasitəçilərsiz birbaşa müzakirələrin olmasını istəməyən qüvvələr bu görüşün əhəmiyyətini azaltmağa çalışırlar. Məlum olduğu kimi, Rusiya əvvəllər Azərbaycan və Ermənistan arasında vasitəçilik edib və nəticəsiz müəyyən görüşlər təşkil edib. Son dövrlərdə də dəfələrlə müzakirələrdə vasitəçilik iddialarını ortaya qoyub. Ona görə də Rusiyanın hakim dairələrinin vasitəçi olmadan keçirilən müzakirələrin əhəmiyyətini azaltmağa çalışmalarını tamamilə başa düşmək olar. Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasına Cənubi Qafqazda əvvəlki hakim mövqeyini yenidən möhkəmləndirmək yollarından biri kimi baxır və onun iştirakı olmadan keçirilən görüşlərin və müzakirələrin təşkilində kənar izlər axtarır. Bir növ öz pərtliyini və ambisiyalarının həyata keçməməsini bu yolla kompensasiya etməyə çalışır. Erməni şovnistləri və revanşistləri də daha çox Rusiyanın təsiri altında olduqları ABŞ-ın guya pərdəarxası rolunu ön plana çıxarmağa çalışırlar. O ki qaldı ABŞ dövlət katibi Rubionun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı optimist fikirlər söyləməsinə, belə bir görüşün keçiriləcəyi məlum olandan sonra, ABŞ-ın maraqları naminə bundan istifadə etmək istəyi göz qabağındadır. Axı Tramp Amerikanı böyük etmək istəyən sülhpərvər prezident kimi tarixdə qalmaq və Nobel sülh mükafatı almaq istəyir. Bir neçə gün bundan əvvəl Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin və Paşinyanın ayrı-ayrılıqda görüşlərinin və müzakirələrinin keçirilməsinin xatırlanması bir çox mətləblərə aydınlıq gətirilməsinə ipucu verə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR