İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT- Pilot bu şəxs olub

Vaşinqtonda qəzaya uğrayan helikopterin sükanı arxasında böyük uçuş təcrübəsinə malik qadın pilot olub.

Musavat.com xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, o, 500 saatdan çox uçuş həyata keçirib.

Helikopterdə qadın pilotla yanaşı, pilot-instruktor və ekipaj komandiri də olub.

"Bu, çox təcrübəli bir komanda idi," – deyə quru qoşunlarının ehtiyatda olan zabiti Conatan Koziol "ABC News"-a bildirib.

Onun sözlərinə görə, pilot-instruktorun 1000 saatdan çox, ekipaj komandirinin isə yüzlərlə saatlıq uçuş təcrübəsi var idi. Koziol vurğulayıb ki, helikopterlərin uçuşlarının qısamüddətli olması nəzərə alınarsa, komandadakı hər bir üzvün kifayət qədər yüksək səviyyəli bacarıqlara malik olduğu görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR