İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton təsdiqlədi: Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü İstanbulda keçiriləcək

Rusiya və ABŞ nümayəndə heyətləri aprelin 10-da İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin işini müzakirə edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, siyasət, təhlükəsizlik və Ukrayna ətrafında vəziyyətlə bağlı məsələlər görüşün gündəliyinə daxil edilməyib: "Aprelin 10-da ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın işinin daha da sabitləşdirilməsində irəliləyişə nail olmaq üçün İstanbulda ikinci dəfə görüşəcəklər. İclasın gündəliyində heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur və Ukrayna tamamilə gündəmdə deyil. Bu danışıqlar ümumilikdə ikitərəfli münasibətlərin normallaşmasına yox, yalnız bizim səfirliklərimizin işinə həsr olunub Artıq qeyd etdiyimiz kimi, ikitərəfli münasibətlərin normallaşması yalnız Rusiya və Ukrayna arasında sülh bərqərar olduqdan sonra baş verə bilər".

Rusiya Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR