İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton İranı Yəmənə silah və narkotik göndərməkdə ittiham edir

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası ilə bağlı son razılaşmaya baxmayaraq, İran Yəmənə silah və narkotik göndərməyə davam edir. Bu isə Yəmən müharibəsini alovlandırır.

AzVision.az bildirir ki, bunu ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq keçirdiyi onlayn mətbuat konfransında deyib.

“İran hələ də Yəmənə silah və narkotik tədarük edir. Bu, hələ də 2014-cü ildə başlayan və insan haqları sahəsində ən fəlakətli böhranlardan birinə səbəb olan müharibəni alovlandırır. İranlılar Yəmənə silah və narkotik qaçaqmalçılığına davam edir. İran və Səudiyyə Ərəbistanı arasında faydalı razılaşmaya baxmayaraq, biz bu axının davam edəcəyindən çox narahatıq. Ona görə də, məncə, məkana nəzarət etməliyik. İranlılar və səudiyyəlilər arasında razılaşmanı alqışlasaq da, İranın bu müharibədə oynadığı rolla bağlı narahatlığımız güclü olaraq qalır” - Linderkinq qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR