İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın əsl niyyəti üzə çıxır - Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

Erməni desant-milyarder Ruben Vardanyan İrəvan seçkilərində hazırkı iqtidarın namizədinin rəqibinə səs verməyə çağırıb.

Musavat.com erməni mediasına istinaddən xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki hesablarından xüsusi bəyanat yayılıb.

Vardanyan burada “bütün erməni dünyasının mövcudluğunun təhlükə altında olduğunu” bildirib. O, həm hazırda yaranan situasiyaya görə, həm də Qarabağın ermənilər tərəfindən tamamən itirilməsi perspektivinə görə bir adamı - Paşinyanı suçlayıb.

“Sentyabrda İrəvan Ağsaqqallar Şurasına seçkilər keçiriləcək. Ölkə əhalisinin, demək olar ki, yarısı İrəvanda yaşayır və bizim üçün bu seçkilər Qarabağı tərk edən, ya satıb, ya da öz hərəkətləri ilə Ermənistanı və bütün erməniləri zərbə altında qoyduğunu başa düşməyən hakimiyyətin yox edilməsi yolunda ilk addımdır. Mən hər kəsi seçkilərdə iştirak etməyə və namizədimiz Mane Tandilyanı dəstəkləməyə çağırıram”, - deyə, bəyanatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR