İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan Balasanyana qarşı - Separatçı rejimin rəhbərliyində NİFAQ

Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərginləşib.

Konkret.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında möhkəmlənmiş kriminal rejimin rəhbərliyində ciddi fikir ayrılığından yazır.

Nəşr mənbələri bildirir ki, Qarabağ məsələsində güzəştə getməyə hazır olanların hamısının yeni formalaşan “kabinet”də yeri olmayacaq.

Belə məlum olub ki, Ruben Vardanyan, separatçıların lideri Arayik Arutyunyan və “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan arasında kifayət qədər gərgin münasibətlər yaranıb.

“Əhəmiyyətli siqnal Arayik Arutyunyanın bazar günü mitinqdə çıxış etməməsi idi. Bizə onu da bildirdilər ki, Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Əgər əvvəllər Vito ruslar və azərbaycanlılarla danışıqlar aparan şəxs idisə, indi o, ikinci plana çəkilib. Dünən o, mitinqdə belə iştirak etməyib”, – nəşr yazıb.

Qəzet yazır ki, Vardanyan Arutyunyandan tələb edib: “Ya mən, ya da Balasanyan”.

Nəşrin məlumatına görə, tezliklə Balasanyandan getməsi istəniləcək. Onun yerinə Qarabağdakı işğalçı qüvvələrin keçmiş komandanı Levon Mnatsakanyan gələcək. Eyni zamanda separatçıların keçmiş lideri, Qarabağ klanının liderlərindən biri Bako Saakyan da Vardanyanın tərəfində oynayır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR