İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqnerçilər”in Rusiya hərbçilərini güllələdiyini ETİRAF etdi

Rusiyalı iş adamı Yevgeni Priqojin "Vaqner" özəl hərbi şirkətinin Ukraynadakı hərəkətləri ilə bağlı verdiyi açıqlamalardan sonra yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb. Priqojin bildirib ki, "Vaqner" öz sursatlarından Rusiya Silahlı Qüvvələrinin mövqelərindən qaçan rus hərbçilərini vurmaq üçün istifadə edir.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, Krımskiy veter ("Krım küləyi") Telegram kanalı söhbətin səs yazısını dərc etməklə bu barədə daha ətraflı məlumat verir.

Beləliklə məlum olur ki, Putinin "aşpazı" Ukraynada cəbhəyə göndərdikləri kadrların keyfiyyətinə eyham vuraraq, Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmanı davam etdirir.

Priqojinin ifadələrinə konkret sübut təqdim etməməsinə baxmayaraq, onun sözləri ekspertlər və sosial şəbəkələr arasında geniş müzakirələrə səbəb olub, çünki bu, əslində, hərbi cinayətin etirafı kimi səslənir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR