İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” ölümə göndərmək üçün pul verib əsgər alır-heyrətamiz faktlar

Rusiyanın Xakasiya, Altay diyarı və Kemerovo vilayətindən səfərbər olunanların yaxınları Rusiya prezidenti Vladimir Putinə və müdafiə naziri Sergey Şoyquya videomüraciət yayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar təcrübəsiz hərbçilərin təlimsiz və komandanlıq olmadan cəbhə zonasında ön sıralara göndərildiyini bildiriblər.

YouTube kanalında yayılan müraciətin müəlliflərinin sözlərinə görə, hələ 2022-ci ilin sentyabrında səfərbər olunanlar Omsk poliqonlarına göndərilib. Orada onlara təlim keçilməli imiş, lakin yaxınlarının sözlərinə görə, döyüşçülərə silahdan istifadə qaydaları belə öyrədilməyib. Noyabrda onlar ilhaq edilmiş Krıma bir həftəlik təlimə, martda Kerçdəki poliqona aparılıb və orada cəmi bir həftəlik hücum təlimi keçiblər.

Bu il aprelin 5-də səfərbər edilmiş 501 nəfər Ukraynanın Rusiyanın nəzarətində olan Luqansk vilayəti ərazisinə aparılıb. Burada onlara Vaqner ÖHŞ-nin muzdluları tərəfindən təlim keçirilib. Aprelin 10-da əsgərlər Donetsk vilayətinə aparılaraq ayrıca “Veteranlar” təxribat-hücum briqadasına təhvil verilib.

Əsgərlərin dediyinə görə, “Vaqner” ön xəttə gedəcək hər səfərbər əsgərə görə 25 min rubl ödəyib, ona görə də onları istədikləri yerə göndərmək hüququna malik olub.

Aprelin 19-dan sonra səfərbər edilmiş qruplar döyüş tapşırığına - çox vaxt təmas xəttinə, konkret göstərişlər, əlaqə və təyin olunduqları hərbi hissənin komandanlığının iştirakı olmadan göndərilməyə başlanıb. Həmin bölgədə səfərbər olunan əsgərlər arasında böyük itkilər qeydə alınıb.

Qohumları ilə əlaqə saxlamağı bacaranların sözlərinə görə, 501 nəfərdən yalnız 130-a yaxınının taleyi məlumdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR