İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”in qırğız muzdlusunu vətənində həbs ediblər

Qırğızıstanın Narın vilayətindən olan, Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən şəxs vətəninə qayıdıb və saxlanılıb.

Musavat.com xəbər verir ki, 2022-ci il fevralın 22-də Qırğızıstan vətəndaşı işləmək üçün Rusiya Federasiyasına gedib, orada cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib və Rusiya Federasiyasının cəzaçəkmə müəssisələrindən birində cəza çəkib.

“Rusiya Federasiyası silahlı qüvvələrinin Ukrayna ərazisində həyata keçirdiyi xüsusi hərbi əməliyyat fonunda vətəndaş B. “Vaqner” özəl hərbi şirkətin nümayəndələri tərəfindən işə götürülüb və müqavilə əsasında hərbi birləşmələrin sıralarına qoşulub, Ukrayna ərazisində döyüş tapşırıqları icra edib.”, – Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatında deyilir.

O, bu il avqustun 1-də həbs edilib. Həbs edilən kişinin həyat yoldaşı mətbuata onun Moskvadan iyulun 8-də gəldiyini bildirib.

24.kg xəbər agentliyinin məlumatına görə, bu, Ukraynadakı müharibədə iştiraka görə Qırğızıstanda ikinci həbs hadisəsidir. Bundan əvvəl Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları Ukraynada döyüş əməliyyatlarında da iştirak etmiş Qırğızıstan vətəndaşı Askar Kubanıçbek oğlunu saxlayıblar. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Rusiya vətəndaşlığının verilməsini istəyib.

Qeyd edək ki, 256-cı maddəyə əsasən Qırğızıstan vətəndaşının ölkənin hüdudlarından kənarda, xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya döyüş əməliyyatlarında iştirak etməsi əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR