İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”çilər indi də Serbiyanı qarışdırmaq istəyirlər

Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi “Vaqner” özəl hərbi təşkilatı Afrika ölkələrində olduğu kimi Serbiyada da fəaliyyətini artırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” portalı məlumat yayıb. Sayt bu informasiyanı ABŞ-ın kəşfiyyat strukturlarından aldığını bildirir.

Serbiya mətbuatının yazdığına görə, ötən il dekabrın 7-də “Vaqner”in himayəsi altında “Orlı” (Qartallar) adlı Rusiya-Serb Dostluq və Əməkdaşlıq Mədəni-İnformasiya Mərkəzi açılıb. Bu mərkəz əsas məqsədinin “Rusiya və Serbiya arasında dostluq münasibətlərinin inkişaf etdirmək olduğunu bəyan edib. Bu, “Vaqner”in özünün teleqram kanalında da təsdiqlənir.

“Orlı”nın yaradıcısı və ideoloqu Aleksandr Lısov 2017-ci ildə tanınmamış Kosovo Respublikası tərəfindən onun ərazisinə girişi qadağan edilən şəxslər siyahısına daxil edilib.

Serbiyanın “Danas” saytının yazıdığına görə, Serbiya və Rusiyadakı müharibə əleyhdarı fəallar bu mərkəzin nümayəndələri tərəfindən təhdidlər alırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR