İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner" bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ - Rusiya münaqişəni alovlandırır - ŞOK FOTOFAKT

Sudanda ordu ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri (RSF) arasında gedən daxili qarşıdurmadan bir həftə keçir. Ölkə daxilində və xaricdən gələn işarələr böhranın daha da pisləşəcəyindən xəbər verir. Ramazan bayramı günlərində tərəflər arasında elan edilən üç günlük atəşkəs bayramın ikinci günündə pozulub.

Musavat.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ötən gün verdiyi açıqlamaya görə, silahlı qarşıdurmaların başladığı gündən bu yana həyatını itirən mülki vətəndaşların sayı 400-ü keçib, 3551 nəfər yaralanıb.  Birləşmiş Millətlər Təşkilatı (BMT) 10-20 min arasında insanın münaqişədən qaçaraq Sudanın qərb qonşusu Çada sığındığı barədə məlumat yayıb.

Beynəlxalq qurumlar döyüşən tərəflərə dialoq çağırışlarını davam etdirir.

Həm ordu, həm də Çevik Reaksiya Qüvvələri qələbəyə yaxın olduqlarını bildirən açıqlamalar yayır. Ordu Çevik Reaksiya Qüvvələri silahlılarının təmizlənməsi mərhələsinin tədricən başladığını iddia edir.

Sudan ordusunun komandanı, general Əbdülfəttah əl-Burhan Çevik Reaksiya Qüvvələrinin sudanlı mülki şəxslərdən canlı qalxan kimi istifadə etdiyini iddia edib və qarşıdurmanı hərbiləşdirilmiş dəstənin əsgərlərinin başlatdığını bildirib. Ölkədə həyat şəraitinin pisləşdiyini qeyd edən əl-Burhan münaqişələrin necə və nə vaxt bitəcəyini heç kimin proqnozlaşdıra bilmədiyini vurğulayıb. Daha əvvəl Çevik Reaksiya Qüvvələri ilə heç bir danışıqların olmayacağını vurğulayan general bu dəfə hərbiləşdirilmiş dəstəyə rəhbərlik edən Muhammed Hamdan Dağalunu dialoqa çağırıb. Burhan əlavə edib ki, ölkədəki hərbi idarə mülki idarəçiliyə keçid istiqamətində çalışır.

Amerikanın CNN kanalının xəbərinə görə, Rusiyanın muzdlu qruplaşması "Vaqner" Sudan ordusunu vura bilmələri üçün Çevik Reaksiya Qüvvələrinə yer-hava tipli raketlər göndərir.

Bundan başqa, Sudanın şimal qonşusu Liviyada Rusiyanın dəstəklədiyi Xəlifə Haftarın nəzarəti altında olan ərazidəki Vaqner bazalarında Moskvanın Çevik Reaksiya Qüvvələrinə hərbi təlim və texnika dəstəyi verdiyi iddia edilir və CNN bununla bağlı peyk görüntüləri yayıb.

Musavat.com həmin görüntünü təqdim edir:

51e458faae.jpg (107 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR