İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner" Azərbaycana qarşı döyüşəcəkmiş! Makron Priqojinlə anlaşma əldə edib - DAVAMMI, TAMAMMI...

Ən azı bir aydır Rusiyada davam edən Priqojin-Şoyqu ixtilafının iyunun 24-də aktiv fazaya keçməsindən, “Vaqner” muzdlu hərbi birləşməsinin Moskva üzərinə yarımçıq qalmış de-marşından sonra dünyanın əksər ölkələrinin mediasında Priqojin və “Vaqner” haqqında müxtəlif səpkili materiallar dərc olunur.

Bir sıra ölkələrin jurnalistləri Yevgeni Priqojinin və onun təsis etdiyi “Vaqner” özəl hərbi şirkətin keçmişini, indiki fəaliyyətini, əlaqələrini araşdırır, ortaya təfərrüatlı materiallar qoyurlar.

Kreml: Priqojinə qarşı cinayət işinə xitam veriləcək və o, Belarusa gedəcək  - 25.06.2023, Sputnik Azərbaycan

Onlardan birinin bizə də dəxli var.

Məlum olur ki, bir neçə ay əvvəl Rusiyanın təbliğat dairələrinə yaxın mənbə, adının çəkilməməsi şərti ilə bildirib ki, “Fransa hökuməti ilə Priqojin arasında “Vaqner” muzdlularının bir hissəsinin dünyanın başqa bir yerində istifadə oluna biləcəyinə dair müəyyən razılaşma var.

Paşinyan Makrona Laçın yolundakı durumdan danışdı

Burada “dünyanın başqa bir yeri” dedikdə hansı ölkənin nəzərdə tutulduğunu təxmin etmək mümkündür. Son illərdə Fransanın hərbi yardım göstərmək istədiyi yalnız bir ölkə var: Ermənistan. Bu ölkə israrlar Fransadan ona hərbi yardım göstərməsini tələb edir və hər dəfə Fransa prezidenti Makronun Paşinyana dikilmiş baxışlarından “bir şey fikirləşərik” vədi tökülür.

Ona görə də Fransanın vu və ya digər şəkildə Ermənistana kömək etmək istəmək versiyası güclüdür.

Üstəlik, həmin ölkəyə münasibətdə Rusiya və Fransanın da maraqları toqquşmamalı idi ki, bu da şübhə oxlarını məhz Ermənistana tuşlayır.

Fransa-Priqojin əlaqələrinə dəstəyin fransız hüquqşünas Maksim Sessier vasitəsilə həyata keçirildiyi iddiaları var.

Priqojinin Ermənistana və onun baş naziri Nikol Paşinyana münasibəti əsasən mənfi planda olsa da, bunun “Vaqner” sahibinin 2020-2021-ci ildə Kremldə hökm sürən ovqatdan irəli gəldiyini, böyük pullar qarşılığında bu mövqedə dəyişiklik edilə biləcəyi ehtimalını gözardı etmək olmaz.

Fransadan Vaqner üçün əlamətdar addım

Fransanın “Vaqner”dən Azərbaycan-Ermənistan sərhədində və ya Xankəndi ətrafında istifadə etmək istəməsinin isə bir neçə səbəbi var:

1. Özü ilk baxışdan hərbi əməliyyatlara qarışmır, döyüşən ruslar olur;

2. Beynəlxalq birlik “Vaqner”i bölgəyə Kremlin göndərdiyini, yenə sülhə qarşı olduğunu, destruktiv mövqe tutduğunu görür, düşünür.

3. Azərbaycan ordusu fransız kontingentinə ciddi müqavimət göstərəcəkdisə, eyni hərəkəti rus hərbçilərə qarşı edə bilmir, əks təqdirdə bu, Rusiyaya silah qaldırmaq demək olacaqdı.

Beləliklə, aydın olur ki, bu incə və məkrli plan Ukrayna müharibəsində situasiyanın gərginləşməsi ilə bağlı baş tutmayıb, ya da təxirə salınıb. “Vaqner” Baxmutda girdiyi bataqlıqdan çıxa bilsə, ola bilər, başqa “biznes layihələri” üzərində düşünəcəkdi.

Düzdür, bu, o demək deyil ki, “vaqner”çilər bölgəyə gəlsə, dərhal yeni bir “Barbarossa” hücumu təşkil edəcək, Şuşaya dırmaşacaqdılar. Bu, illüziya və utopiyadır. Çünki onların qarşısındakı heç də onlardan hazırlıqsız oğlanlar deyil. Dəqiq atılan güllə baxmır ki, qarşısındakı 35 yaşlı muzdludur, yoxsa 18 yaşlı çağırışçı.

Wagner, Bahmut'u Çeçen birliklerine bırakmayı... | Rudaw.net

Elə Ukraynada da ehtiyatdan toplanmış əsgərlər tərifi dünya ilə bir olan “Vaqner” muzdlularının cavabını lazımi şəkildə elə verdi ki, səngərdən çıxıb Moskvaya tərəf getdilər.

Bununla belə, sızıb gələn informasiyalara barmaqarası baxmaq olmaz və prosesin gedişatını diqqətlə izləmək lazımdır. Çünki Rusiyada gözdən düşmüş, özünü bitirmiş “Vaqner”ə artıq Rusiyada yer yoxdur. Eyni zamanda 25 minlik şəxsi heyətə malik olan ordu da harasa yerləşməlidir. Bu üzdən Fransa və Rusiya hansısa formada razılığa gələ və “Vaqner”in bir hissəsini doğrudan da sərhədimizə göndərə bilərlər. Hazırda Rusiya da Ermənistanda itirdiyi nüfuzunu bərpa etməyə çalışır, bu halda erməni cəmiyyətində “ruslar yenə ermənilərə kömək etdi” qənaətini yaratmaq üçün ələ yaxşı fürsət düşür.

Geniş məlumat bu kanalda: https://t.me/Radio_Baku/34

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR