İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vanguardia”: NATO “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə verməyəcək

“NATO Moskvanı təxribata salmamaq üçün heç vaxt Kiyevə müəyyən silah növlərini, o cümlədən Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri ötürməyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Vanguardia” qəzeti məlumat yayıb.

“Qərb Ukraynaya kömək etməkdə qərarlıdır.  Lakin Qərb Moskvanın gözündə münaqişənin iştirakçısı kimi görünəcək. Buna görə də daha böyük və ya qlobal müharibəyə səbəb olacaq dərəcədə iştirak etmək istəmir.  NATO və onun tərəfdaşlarının heç vaxt Ukraynaya verməyəcəyi silahlar var”, - deyə qəzet yazır.

Qeyd edək ki, burada əsasən Amerikanın “Patriot” zenit-raket komplekslərindən söhbət gedir. Onun Ukraynaya təslim edilməsi həm də bir sıra çətinliklərlə bağlıdır.

 Bu cür komplekslərin yerləşdirilməsi yüksək ixtisaslı kadrların yetişdirilməsini də tələb edir.  Bu isə  ABŞ hərbçilərinin Ukrayna ərazisinə rəsmi şəkildə gəlmək zərurətini gündəmə gətirir.

Digər məsələ isə Ukrayna ərazisində hava hücumundan müdafiə sistemlərinin qurulması Moskva tərəfindən ABŞ-ın müharibədə birbaşa iştirakı kimi qəbul ediləcək.

“Vangurdia” rəsmi Kiyevin İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin verilməsi haqqında müraciətlərinin cavabsız qaldığını da vurğulayıb.

Ukraynanın ABŞ-dan “Predator” və ya “Global Hawk” pilotsuz təyyarələrinin alınması ilə bağlı çağırışlarına isə hazırda istənilən reaksiya verilmir.

Qəzet Qərbin Ukraynaya kömək etmək zərurəti ilə Rusiyanı çox qıcıqlandırmamaq, arasında balansı qorumağa çalışdığını, bunun da çox vaxt silah tədarükünün xeyli yubanmasına, ya da heç çatmamasına gətirib çıxardığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR