İnsanlara hürriyət, millətlərə istiqlal!

Valyuta Fondu yenə ABŞ-a xəbərdarlıq etdi

ABŞ ölkənin milli borcunun səviyyəsini azaltmaq üçün konkret tədbirlər görməlidir.

Musavat.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak deyib.

O bildirib ki, Birləşmiş Ştatlar yüksək büdcə kəsirini azaltmaq və milli borcun azaldılmasını təmin etmək üçün tədbirlər görməlidir. BVF nümayəndəsinin sözlərinə görə, 2021-2022-ci illərdə ABŞ uzunmüddətli dövrdə "Amerika iqtisadiyyatına müsbət təsir göstərəcəyi" gözlənilən "əsas maliyyə qanunvericiliyini" qəbul edib: "Eyni zamanda, büdcə kəsiri çox yüksək olaraq qalır. Beləliklə, indi, xüsusən də güclü iqtisadiyyatda, dövlət borcunun ÜDM-ə nisbətini aşağı salmaq üçün hərəkətə keçməyin vaxtıdır, bu, geniş fiskal tədbirlərin görülməsini tələb edir".

Fondun fikrincə, "belə yüksək kəsir və borclar ABŞ və qlobal iqtisadiyyatlar üçün artan risk yaradır". Maliyyə qurumu bu problemin “təcili olaraq aradan qaldırılmasının” zəruriliyini vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR