İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vals oynayan qızlarla heç kim evlənməyəcək" - deyən mollanı işdən çıxarıblar

Əzbəkistanın Fərqanə vilayətinin Daşlaq rayonunun baş imamı, “Əbu Hənifə” məscidinin imam-xətibi Şükrullo Eqamberdiyev bildirib ki, məktəbli valslarından sonra heç kim qızları almayacaq.

Musavat.com xəbər verir ki, din xadiminin bu açıqlaması ictimai rezonansa səbəb olub və bu, onun yeganə qalmaqallı açıqlaması deyil.

Şukrullo Egamberdiev Özbəkistanda rezonans doğuran açıqlamasında deib: “Görün, məzuniyyət şənliklərində nə baş verir! Əgər məzunsansa, onda hər şey etmək olar? Niyə məktəblilərə səyahətə və istirahətə icazə verirsiniz? Niyə onları vals oynamağa qoyursuz? Müəllimlər hara baxır? Məzun axşamında sinif yoldaşı ilə rəqs edən qızın sabahı belə olacaq? İnternetdə onu görsələr, sabah onunla kim evlənəcək? Normal tərbiyə alan onu almaz. O, ərinə necə sadiq qalacaq və ya utanacaq?”, - Eqamberdiyev çıxışında qeyd edib.

Bundan əvvəl əmək miqrantlarının vətəndə deyil, xaricdə işləməsi onun xoşuna gəlmirdi.

“Burada mal-qaraya baxmaq istəmirlər, amma Rusiyaya gedib donuzların altını təmizləyirlər”, - din xadimi demişdi.

Dünən Özbəkistan Müsəlmanları İdarəsinin daxili nəzarət komissiyası Şukrullo Eqamberdiyevin sosial şəbəkələrdə verdiyi açıqlamaları müzakirə edib. İclasda onun sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan çıxışlarının imam statusuna uyğun olmadığı vurğulanıb.

Eqamberdiyev çıxışlarında səhvə yol verdiyini etiraf edib və üzr istəyib. İmam-xatib gələcək fəaliyyətində belə nöqsanlara yol verməyəcəyini bildirib. Daxili nəzarət komissiyası qeyd olunanları nəzərə alaraq, Şükrullo Eqamberdiyevə intizam tənbehi - “töhmət” tətbiq edib və onu Daşlaq rayonunun baş imam-camaatı vəzifəsindən azad edib.

Özbəkistan Müsəlmanları İdarəsi xatırladıb ki, daxili nəzarət komissiyası müsəlman din xadimlərinin fəaliyyətini tənzimləmək, səhvə yol verənlərə qarşı sanksiyalar tətbiq etmək, həmçinin vicdanla xidmət edənləri qorumaq və təşviq etmək səlahiyyətinə malikdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR