Onlayn ictimai-siyasi qəzet
2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə Musavat.com-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, valideynlər 30 may tarixinə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ