İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərə VACİB XƏBƏR - Dərslər 1 sentyabrdan BAŞLAYACAQ?

"Dərslərin 1 sentyabrda başlayıb, mayın sonunda bitməsini daha doğru hesab edirəm".

Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, dərs müddətinin dəyişdirilməsinin tərəfdarıdır:

"Əvvəlki dövrdəki mövcud sistem daha uyğun və doğru idi. Dərslərin 1 sentyabrda başlayıb, mayın sonunda bitməsini doğru hesab edirəm.

Çünki burada hava amilinin rolu var. İyun ayında havalar istiləşir, insanlarda dərsə getməyə həvəs olmur. Təəssüf ki, dərs müddəti uzadılsa da, məktəblərdə ab-hava fərqlidir. May ayının sonundan başlayaraq məktəblərə gedilmir.
Ona görə həm havanı, həm insanların münasibətini nəzərə alaraq düşünürəm ki, dərslərin 1 sentyabrdan başlaması məqsədəuyğundur".

Ceyhun Məmmədov qeyd edib ki, ölkə başçısının ümumi təhsil müəssisələrində tədris ilinin müddəti ilə bağlı imzaladığı sənədlər var:

"Elm və Təhsil Nazirliyi bu təşəbbüslə çıxış edib, məsələni qaldıraraq razılığına nail ola bilər”. (Azxeber.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR