Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məşhur “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ələkbərovun bu addımı ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubun gələcək fəaliyyətinə təhlükə yaratmamaq məqsədini daşıyır.
Bu qərar “Spartak” klubunun gələcək idarəçiliyinə və maliyyə sabitliyinə təsir göstərmək ehtimalına görə diqqət mərkəzindədir.
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ