İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədovla “Canlı debat” – Paşinyan Putinlə bağlı sirri açdı: “Razılaşdıq…”

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmiryolunun bərpası ideyasını dəstəkləyib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər:

"Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında görüş olub.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili Vahid Əhmədovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR