İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov namizədliyini GERİ GÖTÜRDÜ

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Musavat.com xəbər verir ki, məlumatı "Report"a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.

Xatırladaq ki, Prezident İlham Əliyev sərəncam verərək 2024-cü il sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR