İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: "Bu qədər daxili borclanmaya getmək olmaz"

Maliyyə Nazirliyi daxili borclanma məsələsinə yenidən baxmalıdır. Bu qədər daxili borclanmaya getmək olmaz.

"Report" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Manatın məzənnəsi, pul kütləsi ilə bağlı hələ ki, problem yoxdur. Ancaq nə vaxtsa problem olsa, onda daxili dövlət borclanması ölkəyə çətinlik yaranacaq. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddətli Strategiya”ya uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində bu il aprelin 1-nə daxili dövlət borcu isə 16 milyard 415,8 milyon manat təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR